1C RƏSMİ TƏRƏFDAŞI

1C-İTD nədir?

İşinizdə nə üçün vacibdir?
 
Hər bir IT-məhsulu vaxtında xidmət və dəstək tələb edir. Yalnız bu şərtlə sizin proqramlarınız həmişə aktual və hesabatlardakı məlumatlar etibarlı olacaq. Məhz bu məsələlərin həlli üçün "1C" şirkəti "1C" proqram istifadəçilərinin kompleks dəstəyi üçün yaradılmış İTD (informasiya texnologiyaları dəstəyi) istinad resursunu dəstəkləyir və təkmilləşdirir. İTD - "1C" proqram istifadəçilərini dəstəkləmək üçün güclü bir vasitədir və hər bir təşkilat üçün "1C" proqramlarında işlə bağlı irəli çıxan çoxsaylı məsələlər üçün unikal bir istinad mənbəyidir. Anlamaq vacibdir ki, "1C" proqram məhsullarının PROF versiyasının dəstəklənməsi və leqal yenilənməsi yalnız İTD müqaviləsi olduqda mümkündür. Bundan əlavə, 1C:İTD müqaviləsi olmadan proqramlarla işləmək üçün hətta məsləhət almaq imkanınız olmayacaq; yalnız İTD tələb etməyən proqramlar istisna təşkil edir. Əgər hər hansı bir səbəbdən sizdə hələ 1C:İTD yoxdursa, siz bizim şirkətlə bu sahədə xidmət müqaviləsi bağlaya bilərsiniz. Siz nəinki proqram məhsullarını vaxtında yeniləmək, həm də mütəxəssislərin peşəkar köməyindən və ixtisaslı informasiya dəstəyindən istifadə etmək imkanı qazanacaqsınız.

1C-İTD sisteminə nələr daxildir?

Proqramın funksionallığının yenilənməsi - 1C:İTD müqaviləsi ilə əldə edə biləcəyiniz yeganə xidmət deyil.
İTD - bu həm qanunvericiliyin son dəyişiklikləri, həm də bütün zəruri normativ sənədlər, metodiki dəstək və mühasibatlıq vəsaitidir. Bundan əlavə, Siz təcrübəli auditorların məsləhətləşmələri, tez-tez verilən suallara konsultasiya xətlərinin cavabları, "1C" ilə iş təcrübəsi, "1C" şirkəti və onun tərəfdaşların son xəbərlərini əldə etmiş olursunuz.
Həmçinin, İTD - nin buraxılışlarında bütün materiallar "nə qədər çox – o qədər daha yaxşı" prinsipi ilə deyil, istifadəçilərin "1C" ilə məhsuldar işləmək tələblərinə uyğun olaraq toplanır: ən zəruri olan hər şey burada yığılıb. İTD mənbəyində yerləşdirilən bəzi məlumat və texniki materiallar eksklüziv xarakter daşıyır. Əvvəllər onlar heç yerdə dərc olunmayıb və gələcəkdə də onların dərc edilməsi nəzərdə tutulmur. Bütün materiallar hər ay yenilənir və qanunvericiliyə, eləcə də proqramların yeni versiyalarına uyğun olaraq genişləndirilir. İTD mühasibatlıq sistemlərinin davamlı inkişafını və təkmilləşdirilməsini təmin etməyə imkan verir.
ITD ilə siz konfiqurasiya yeniliklərini buraxılış günündə onlayn əldə edirsiniz və bu da öz növbəsində proqramın dayanmadan işləməyinə zəmanət verir. İTD ilkin sənədlərin doldurulmasının, həmçinin hesabatların hazırlanmasının mürəkkəbliyini minimuma endirməyə imkan verir.

1C haqqında suallarınız var? Gəlin müzakirə edək!

1C OPTİMA AZƏRBAYCAN mütəxəssislərindən məsləhət ala, qiymətləri dəqiqləşdirə və həll sifariş edə bilərsiniz. Telefon, e-poçt və ya geri zəng tələb etməklə bizimlə əlaqə saxlayın.

+994 12 310 26 27