1C RƏSMİ TƏRƏFDAŞI

Mühasibat uçotu və 1C

Mühasibat uçotu və 1C

Mühasibat uçotu nədir

Mühasibat uçotu, müəssisələrin, idarələrin, təşkilatın və digər təsərrüfat subyektlərinin əmlakının, öhdəliklərinin, kapitalının, dövriyyə vəsaitlərinin və ümumiyyətlə, bütün maliyyə-təsərrüfat fəaliyyətinin qaynaqlarının meydana gəlməsini həmçinin bunların istifadə edilmə formasını, müəssisələrin etdiyi əməliyyatlar nəticəsində bu varlıqlardakı və mənbələrdəki dəyişmələri, müəssisələrin maliyyə vəziyyətlərini açıqlayacaq məlumatları təmin edən və bu məlumatları əlaqədar adam və təşkilatlara çatdıran bir məlumat sistemini özündə əks etdirir.

Global Muhasebe - Mali Müşavirlik

Mühasibat uçotunu təşkil edən əsas informasiya sistemləri;

  • Müəssisələrin aktivlərinin və ehtiyatlarının formalaşması,
  • Aktivlərdən və resurslardan düzgün istifadə olunması,
  • Müəssisələr tərəfindən aparılan əməliyyatlar nəticəsində dövriyyədəki aktiv və resurslarda aparılan dəyişikliklər,
  • Müəssisələrin maliyyə vəziyyətini təsvir edən məlumatların hazırlanması,
  • Təmin edilən məlumatları lazımi şəxslərə və ya şöbələrə ötürülməsi.

1C Proqramı nədir? Nə üçün istifadə olunur?

1C proqramı. “Adin-es”, “adin-se”, “bir-ce”, “bir-es” və s. kimi tələffüz edilən proqram təminatı barədə, yəqin ki, eşitmisiniz. Azərbaycan dilində adı “1C: Müəssisə” olan bu proqram təminatı əsasən mühasibatlıq hesabat sistemi kimi tanınır. Daha çox MDB ölkələrində istifadə olunmasına baxmayaraq son zamanlarda digər ölkələrdə də bu proqram təminatına xüsusi maraq göstərilməyə başlanıb. Bu proqram təminatı barədə internetdə kifayət qədər məlumat olmasına baxmayaraq bu məlumatların əksəriyyəti rus dilindədir və asan anlaşılan izahı demək olar ki yoxdur və pro

qramın iş prinsipini ilk dəfədən anlamaq çox çətindir. Çünki 1C proqram təminatını istehsal edən şirkət istifadə olunan terminlərdə həddindən artıq qarışıqlıq və çaşqınlıq yaradıb. Qeyd etmək lazımdır ki, “1C” Rusiya şirkətidir və Rus dilində olan orijinal adı “1C:Предприятие” şəklindədir. Şirkətin İngilis və İspan dillərində də portalları vəTürkiyə distributorluğunun saytı da vardir.

1C Company Logo [ Download - Logo - icon ] png svg

“1C” şirkəti proqram təminatının istehsalı və satışı ilə məşğul olur. Bu proqram təminatı platformasıdır və digər proqramların və konfiqurasiyaların yazılması üçün əsas vasitədir. “1C” platforması üzərində proqramlaşdırmaq üçün xüsusi “1C daxili proqramlaşdırma dili” adlandırılan proqramlaşdırma dili yaradılmışdır. Daha çox Visual Basic dilinə bənzəməsinə və T-SQL sorğu dilinin operatorlarından istifadə olunmasına baxmayaraq bütün kodlar rus dilinə tərcümə olunub. Proqramlaşdırma iki dildə: Rus və İngilis dillərində mümkündür, lakin 1C proqramçıları daha çox Rus dilində proqramlaşdırmaya üstünlük verirlər.

 Hal-hazırda “1C: Müəssisə” ERP II (Enterprise Resource Plannning System- Müəssisə Resurslarının Planlaşdırılması) tələblərinə tam cavab verən müəssisənin bütün biznes proseslərinin avtomatlaşdırılmasını təmin edən proqram təminatıdır. Daha çox kiçik və orta müəssisələrdə geniş istifadə olunmasına baxmayaraq son zamanlar iri şirkətlərdə də istifadə olunmağa başlayıb. Əsas rəqibləri  SAP, Microsoft Dinamics NAV, Oracle E-Business Suite proqram təminatlarıdır

 


1C haqqında suallarınız var? Gəlin müzakirə edək!

1C OPTİMA AZƏRBAYCAN mütəxəssislərindən məsləhət ala, qiymətləri dəqiqləşdirə və həll sifariş edə bilərsiniz. Telefon, e-poçt və ya geri zəng tələb etməklə bizimlə əlaqə saxlayın.

+994 12 310 26 27