1C RƏSMİ TƏRƏFDAŞI

Bəs siz 1C adının mənasının hardan gəldiyini bilirdiniz mi?

Şirkətin əsasını 90-ci illərin əvvəllərində Boris və Serqey Nuraliyev qardaşları qoymuşdur. Boris Nuraliyev SSSR-i Mərkəzi Statistika İdarəsində çalışırdı. 80-ci illərin ortalarında O, böyük həcmli statistik verilənlər bazalarından xüsusi sorğu dili vasitəsilə məlumatın alınması ilə məşğul olan şöbəyə rəhbərlik edirdi. O illərdə yeni sorğu sistemi yaradılmışdı. Həmin sorğu sistemindən cavabın bir saniyəyə alınması nəzərdə tutulmuşdur və buna görə də həmin sistemə “1C”, daha doğrusu “1C İnformasiya Xidməti Sistemi” adı qoyulmuşdur. Bu proqram kommersiya telekommunikasiya şəbəkələrin yaradılması üçün yüzlərlə şirkətlərdə istifadə edilmişdir. Daha sonra eyni adlı şirkət yaradılmışdır.

1991-ci ilin fevralından başlayaraq Boris Niraliyev hazır proqramların satışı ilə məşğul olmağa başlayır. Bu məqsədlə O, böyük distributor şəbəkəsi yaradır. Həmin vaxtlar Qərbdə çox məşhur olan və Rusiyada hələ tanınmayan “Lotus 1-2-3” proqram təminatını satmağa başlayır. Borisin qardaşı  Serqey Nuraliyev yeni yaradılmış şirkətdə mühasibat uçotu ilə məşğul olurdu. O, öz şəxsi məqsədləri üçün mühasibat kalkulyatoru proqramını yazır. Daha sonra mühasibat proqramını yaratmaq qərarına gəlir. Həmin proqramı distributor şəbəkəsi vasitəsilə satmağa başlayırlar. Proqramın ilk versiyalarının adı “1C:Buxqalteriya” idi. İlk versiyalar DOS əməliyyat sistemlərində işləyirdi, bu versiyalar 3.0, 4.0 və 5.0 idi. Digər rəqiblərindən zəif olsa da proqram təminatı tətbiq edilmiş bir funksionallığa görə populyarlıq qazana bilmişdir. Proqramın daxilində xüsusi proqramlaşdırma dili yaradılmışdır, bu da öz növbəsində proqramın istəklərə uyğun konfiqurasiya edilməsinə imkan verirdi. Və artıq 1995-ci ildə Windows 3.1 əməliyyat sistemində işləyən “1C:Buxqalteriya 6.0″ versiyası buraxılmışdır.

“1C” şirkətinin ən məşhur məhsullarından biri “1C:Müəssisə 7.7” proqram təminatı oldu. “1C:Müəssisə 7.7” satışı 1999-cu ildə başlandı, və hal-hazırda satışdan çıxarılsa da, bu günə qədər bu versiya geniş istifadə olunur.
2002-ci ildə “1C:Müəssisə 8” versiyası buraxıldı və çox sürətlə inkişaf etməyə başladı.
2013-cü ildə “1C:Müəssisə 8.3” buraxılmışdır və bu ən sonuncu versiyadır.

1C haqqında suallarınız var? Gəlin müzakirə edək!

1C OPTİMA AZƏRBAYCAN mütəxəssislərindən məsləhət ala, qiymətləri dəqiqləşdirə və həll sifariş edə bilərsiniz. Telefon, e-poçt və ya geri zəng tələb etməklə bizimlə əlaqə saxlayın.

+994 12 310 26 27